Kitabxanada “Tarixin yaddaşı” mövzusunda tədbir keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında “Tarixin yaddaşı” mövzusunda tədbir keçirilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, 20 Yanvar - ümumxalq hüzn gününə həsr olunmuş tədbirdə 272 nömrəli orta məktəbin şagird və müəllim kollektivi, rayon veteranlar şurasının üzvləri, MKS-nin əməkdaşları iştirak etmişlər.
Əvvəlcə şagirdlərin ifasında Azərbaycanın dövlət himni səslənmişdir. Çıxışlarda 20 Yanvar faciəsi, ölkənin, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalması haqqında ətraflı məlumat verilmişdir.
Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənmişdir. Tədbirdə, həmçinin mövzu ilə əlaqədar kitab sərgisi də açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]