KİV: Co Bayden Polşaya səfəri zamanı Volodimir Zelenski ilə görüşə bilər
Bakı, 1 fevral, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden Polşaya planlaşdırılan səfəri əsnasında Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.
AZƏRTAC Polşanın “Dziennik Gazeta Prawna” qəzetinə istinadla xəbər verir ki, görüşün fevralın sonlarında Varşava və ya Jeşuv şəhərində baş tutacağı gözlənilir.
Kiyevdəki mənbələrin məlumatına görə, Volodimir Zelenski görüşdə dinc nizamlama planını təqdim edəcək və Ukraynaya həsr olunan beynəlxalq konfransın təşkilinə çağıracaq. Həmçinin görüşdə Ukraynaya təhlükəsizlik zəmanəti və əsirlərin dəyişdirilməsi məsələsi müzakirə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]