Azərbaycan Dövlət İnformasiya Agentliyi

KİYEVDƏ AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ

İyunun 4-də Kiyevdə, Azərbaycan səfirliyinin yaxınlığındakı xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin təntənəli açılış mərasimi oldu. Abidənin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının kafedra müdiri, əməkdar rəssam Natiq Əliyevdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Leonid Kuçma mərasimdə iştirak edirdilər.

Kiyev Şəhər Şurasının sədri ALEKSANDR OMELÇENKO mərasimi açaraq dedi:

- Çox hörmətli Leonid Daniloviç!

Çox hörmətli İlham Heydər oğlu!

Xanımlar və cənablar!

Əziz kiyevlilər və paytaxtın qonaqları!

İcazə verin, şəhərimizdə əlamətdar hadisə münasibətilə keçirilən mərasimin bütün iştirakçılarını salamlayım. Biz iki dövlətin – Ukrayna və Azərbaycan Respublikası rəhbərlərinin iştirakı ilə görkəmli şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin abidəsini açırıq.

Bugünkü hadisə yüksək nüfuzlu şəxsiyyət, siyasi xadim, Azərbaycan xalqının milli qəhrəmanı və sədaqətli oğlu, Azərbaycan Respublikası Prezidentinin əbədi xatirəsinə dərin ehtiram əlamətidir. Ölkə rəhbəri kimi onun müdrik, ölçülüb-biçilmiş siyasi qərarları, Heydər Əlirza oğluna, şübhəsiz, xas olan fitri liderlik istedadı, onun prezident komandasının səyləri sayəsində Azərbaycan Respublikası müstəqilliyin çətin yolunda özünü bir dövlət kimi təsdiq etmişdir. Azərbaycan güclü iqtisadi potensiala malik özünəməxsus ölkə kimi beynəlxalq nüfuzunu məhz Heydər Əlirza oğlunun prezidentliyi illərində yaratmışdır. Kiyev ilə Bakı arasında bu gün də fəal inkişaf edən əməkdaşlığın bünövrəsi məhz həmin dövrdə, 1997-ci ildə imzalanmış sazişlə qoyulmuşdur.

Əziz dostlar, bugünkü əlamətdar hadisə, ilk növbədə, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinə daha bir sübutdur və o, təkcə Ukrayna paytaxtının siyasi həyatında deyil, qarşılıqlı münasibətlərimizdə də layiqli yerini tutacaqdır. İnsanın özündən sonra qoyub getdiyi misilsiz irs qədirbilən insanların xatirəsində yaşayan xeyirxah işlərdir. Ona görə də inamla demək istərdim ki, bu hadisə Kiyev ilə Bakını, Ukrayna ilə Azərbaycanı daha sıx birləşdirməli olan qardaşlıq rəmzidir.

İcazə verin, fürsətdən istifadə edərək, Azərbaycan xalqına sülh və ölkənin gələcək inkişafı yolunda birlik arzulayım.

İcazə verin, təntənəli mərasimi açıq elan edim.

X X X

Azərbaycanın və Ukraynanın dövlət başçıları abidənin üzərindən ağ örtüyü götürdülər. Hər iki ölkənin dövlət himnləri səsləndi.

Ukrayna və Azərbaycan prezidentləri mərasimdə nitq söylədilər.

UKRAYNA PREZİDENTİ LEONİD KUÇMANIN

NİTQİ

- Çox hörmətli cənab Prezident!

Çox hörmətli xanım Əliyeva!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Şübhəsiz, azərbaycanlı qonaqlarımız bilirlər ki, “Heydər” sözü qədim türk dilindən “Öndə çapan süvari” kimi tərcümə edilir. Bu məğrur ad unudulmaz Heydər Əlirza oğlu Əliyevin ruhuna, coşğunluğuna və məqsədyönlülüyünə tam uyğundur. Onun xarakteri və iş üslubu üzvi şəkildə vəhdət təşkil edirdi: bir tərəfdən əsaslılıq və praqmatiklik, digər tərəfdən isə, keçmişin qalıqları olan hər şeyə, mühafizəkarlığa dözümsüzlük. O, həmişə realist siyasətçi olmuşdur.

Heydər Əliyevin həyatı, sözün əsl mənasında, öz xalqına sədaqətlə xidmət rəmzidir. O, özünün bütün təşkilatçı və hətta diplomat istedadını müstəqil Azərbaycanın öz inkişafında yeni, əvvəllər görünməmiş zirvələr fəth etməsinə yönəltmişdi. Gənc dövlətə rəhbərlik etməyə başlayan Heydər Əliyeviç ölkənin bütün sağlam qüvvələrini sıx birləşdirmək, sülhü və ictimai-siyasi sabitliyi bərqərar etmək, iqtisadiyyatı dirçəltmək üçün misilsiz səylər göstərmişdir.

Onun ardıcıl, ölçülüb-biçilmiş xarici və daxili siyasəti sayəsində Dağlıq Qarabağda döyüş əməliyyatları dayandırıldı, beynəlxalq birlik bu münaqişənin həllinə cəlb edildi. Onun öz respublikasının sosial-iqtisadi inkişafının möhkəmlənməsinə töhfəsi də misilsizdir. Onun bilavasitə rəhbərliyi ilə yeni Konstitusiya işlənib hazırlanmış və qəbul edilmiş, cəmiyyətin inkişafı üçün geniş qanunvericilik bazası yaradılmış, qanunçuluq və hüquq qaydaları möhkəmləndirilmiş, iqtisadiyyatda köklü dəyişikliklər aparılmış, xarici sərmayələrin ölkəyə cəlb olunması üçün əlverişli şərait yaradılmışdır.

Ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, Böyük İpək yolu üstündə çox mühüm qovşaq olan Azərbaycanın dirçəlməsi də onun adı ilə bağlıdır. Mən dəfələrlə yəqin etmişəm ki, Azərbaycan xalqı millətin atası, müdrik və uzaqgörən siyasətçi kimi Heydər Əliyeviçi ürəkdən sevirdi. Bilirəm ki, azərbaycanlılar bu sönməz məhəbbət və ehtiramı öz qəlblərində indi də yaşadırlar.

Hörmətli xanımlar və cənablar!

Ukrayna ilə Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin formalaşmasında xüsusi rol oynayan o idi ki, Heydər Əliyeviç şəxsən özü ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına yorulmadan diqqət yetirirdi, həmişə Ukraynanın sadiq dostu olmuşdur.

Sıx əməkdaşlıq sayəsində xalqlarımız sənayenin inkişafında və elmi-texniki inkişafda, Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizlərinin yaradılması sahəsində birgə fəaliyyətdə, mühüm beynəlxalq enerji layihələrinin gerçəkləşdirilməsində sanballı nəticələr əldə etmişlər.

Heydər Əliyeviçə məhəbbət və hörmət təkcə Azərbaycanın dövlət sərhədləri daxilində məhdudlaşmırdı. Görkəmli dövlət xadimi kimi ona Ukraynada həmişə dərin ehtiram hissi ilə yanaşmışlar. Onun xidmətləri dövlətimizin ali mükafatı – Yaroslav Mudrı ordeni ilə qeyd edilmişdir. Regionlararası İdarəçilik Akademiyasının bazasında isə Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər İnstitutu açılmışdır.

Heydər Əliyeviçin çox böyük xidməti ondan ibarətdir ki, Ukrayna və Azərbaycan Respublikası etibarlı tərəfdaşlar və sadiq dostlardır və həmişə də belə olacaqlar. İndiki və gələcək bir çox nəsillər üçün o, siyasətçinin və insanın ən yaxşı keyfiyyətlərini özündə təcəssüm etdirmiş lider nümunəsi olaraq qalacaqdır.

Əminəm ki, Ukrayna paytaxtında ona ucaldılan abidə ölkələrimizin səmimi dostluğunun, ukraynalıların Azərbaycan xalqına qardaşlıq duyğularının parlaq rəmzi olacaqdır.

Sağ olun.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Çox hörmətli Leonid Daniloviç!

Çox hörmətli Lyudmila Nikolayevna!

Əziz dostlar!

İlk növbədə, Kiyevdə Heydər Əliyevə abidə qoyulması qərarına görə mən Ukrayna Prezidenti, çox hörmətli Leonid Daniloviç Kuçmaya özümün dərin minnətdarlığımı bildirmək istərdim. Bu qərar bütün Azərbaycan xalqı tərəfindən son dərəcə minnətdarlıqla qarşılanmışdır. Çünki Heydər Əliyev Azərbaycanın ümummilli lideridir.

Heydər Əliyev həmişə - sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə də, müstəqil Azərbaycana başçılıq etdiyi illərdə də öz xalqına, Azərbaycanın milli mənafeyinə xidmət etmişdir. Təsadüfi deyil ki, 1970-80-ci illərdə, onun 13 ildən artıq rəhbərliyi dövründə Azərbaycanda güclü iqtisadi potensial və sənaye potensialı yaradılmışdır. İndi bu potensial ölkəmizin iqtisadi təhlükəsizliyini əhəmiyyətli dərəcədə təmin edir.

Azərbaycan müstəqil dövlət olduqdan sonra istər daxili səbəblər üzündən, istərsə də xarici təcavüz nəticəsində son dərəcə mürəkkəb çətinliklərlə qarşılaşdıqda, xalq öz liderini yenidən ölkəyə başçılıq etməyə çağırdı. Azərbaycanda hamı qəti əmindir və bilir ki, əgər o ağır günlərdə Heydər Əliyev Bakıya qayıdıb Azərbaycana başçılıq etməsəydi, ölkəni çox ağır nəticələrə gətirib çıxara biləcək dağılma, parçalanma təhlükəsi gözləyirdi.

O illər – 1993-2003-cü illər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi dövrü oldu. Azərbaycan beynəlxalq birlikdə layiqli yerini tutdu, mühüm beynəlxalq təşkilatların üzvü oldu. İqtisadiyyat möhkəmləndi, iqtisadi potensial artdı. Heydər Əliyevin təşəbbüsü ilə başlanan neft strategiyası uğurla həyata keçirilir. Azərbaycan öz əhalisinin sosial məsələlərini həll edir.

Əlbəttə ki, bütün bunlarda əsas xidmət Azərbaycanın ümummilli liderinə məxsusdur.

Lideri itirmək xalq üçün həmişə böyük faciədir. Heydər Əliyevin yaxın və köhnə dostu Leonid Daniloviç Kuçmanın onunla vidalaşmaqdan ötrü matəm mərasimində iştirak etməsi bizim hamımız üçün, ilk növbədə, mənim üçün böyük təsəlli oldu.

Leonid Daniloviçlə Heydər Əliyevi çox yaxın dostluq telləri bağlayırdı. Zəmanəmizin bu iki görkəmli siyasətçisi, öz xalqlarının və ölkələrinin liderləri xarici təzyiqi və daxili çətinlikləri aradan qaldıraraq, öz ölkələrini böhrandan çıxardı, müstəqilliyini möhkəmləndirdi, iqtisadi potensialı gücləndirdi. Onları həm də sırf insani münasibətlər, dostluq münasibətləri yaxınlaşdırırdı. Bu, mənə çox yaxşı məlum idi. Atamın Leonid Daniloviçlə görüşlərindən, səmimi söhbətlərindən danışması çox yaxşı yadımdadır. Onlar bir-birinə, həqiqətən, ən səmimi hisslər, dostluq hissləri bəsləyirdilər.

Əlbəttə, bu şəxsi bağlılıq, qardaşlıq münasibətləri Ukrayna ilə Azərbaycanın strateji tərəfdaş olmasına çox kömək etmişdir. Ukraynaya indiki dövlət səfərim bunu bir daha təsdiqlədi. Ölkələrimiz arasında heç bir problem yoxdur, ikitərəfli əməkdaşlıq, regional əməkdaşlıq məsələlərində bizim aramızda tam qarşılıqlı anlaşma, mühüm dünya proseslərinə eyni mövqedən yanaşma, habelə əlaqələrimizi möhkəmlətmək və inkişaf etdirməkdə ümumi qarşılıqlı istək var.

Ukraynada yaşayan azərbaycanlılara mehriban, səmimi münasibətə görə Ukrayna Prezidentinə çox minnətdaram. Bu gün Azərbaycan diasporunun nümayəndələri ilə görüşdüm və bir daha yəqin etmək mənə olduqca xoş idi ki, rəhbərliyin onlara münasibəti çox müsbətdir, onlar burada özlərini evdəki kimi hiss edirlər. Onu da bilin ki, Azərbaycanda da Ukraynaya, ukraynalılara xüsusi məhəbbət hissləri bəsləyirlər. Bakı Slavyan Universitetində Ukrayna dili fakültəsinin olması, Ukrayna dilinin öyrənilməsi, - yeri gəlmişkən, Ukrayna dilinin öyrənilməsinə böyük maraq göstərilir, - sözlərimi bir daha təsdiq edir.

Əlbəttə, bir daha qeyd etməyə bilmərəm ki, iki liderin bu proseslərə - xalqlarımızın yaxınlaşması proseslərinə töhfəsi həlledici olmuşdur.

Bu gün Kiyevdə Heydər Əliyevə abidə qoyulması qardaşlığımızın, dostluğumuzun daha bir rəmzidir. Bu, münasibətlərimizin bir çox onilliklər və əsrlər ərzində davam və inkişaf edəcəyinin, indiki kimi sarsılmaz, möhkəm olacağının, dostluq və qardaşlıq münasibətləri olacağının daha bir rəmzidir.

Azərbaycanın yeni Prezidenti kimi mən bu siyasəti, ölkələrimizin və xalqlarımızın yaxınlaşması yolunu davam etdirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Mənə göstərilən qonaqpərvərliyə, səmimiyyətə, mehribanlığa görə bütün Ukrayna xalqına da təşəkkür etmək istəyirəm. İnanın ki, bu iki gündə mən özümü evimdəki kimi hiss etdim. Mən Prezident Leonid Daniloviçə çox minnətdaram. Bizim müzakirə etdiyimiz bir çox problemlər barəsində ətraflı söhbətimiz oldu. Bir daha yəqin etdik ki, biz birlikdəyik, ölkələrimizin inkişafı yolunda, tərəqqi yolunda çiyin-çiyinə irəliləyirik.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Abidənin önünə Ukrayna və Azərbaycan prezidentləri, müxtəlif ölkələrin Kiyevdəki səfirlikləri adından əklillər, gül dəstələri qoyuldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR