Kiyevdə Ukrayna–Böyük Britaniya müdafiə əməkdaşlığı üzrə yol xəritəsi imzalanıb
London, 9 yanvar, AZƏRTAC
Böyük Britaniyanın müdafiə naziri Con Hili bu gün Kiyevə səfəri çərçivəsində ukraynalı həmkarı Denis Şmıqal ilə görüşərək iki ölkə arasında daha əvvəl imzalanmış 100 illik müdafiə tərəfdaşlığı sazişinin icrasına dair yol xəritəsini imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənəd 2026-cı il üçün bir sıra əsas təhlükəsizlik sahələrində əməkdaşlığın konkret mexanizmlərini müəyyənləşdirir. Denis Şmıqal bildirib ki, bu yol xəritəsi Ukrayna ilə Böyük Britaniya arasında imzalanan yüzillik tərəfdaşlıq sazişi çərçivəsində mümkün olan irimiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımdır.
O, vurğulayıb ki, Böyük Britaniya Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına əhəmiyyətli töhfə verib və bu əməkdaşlıq təhlükəsizlik sahəsində ölkə üçün xüsusi önəm daşıyır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]