Kiyevin mərkəzindəki metro stansiyalarından biri fəaliyyətini dayandırıb
Bakı, 29 dekabr, AZƏRTAC
Kiyev metrosunun şəhərin mərkəzində, Şevçenko rayonunda yerləşən “Lukyanovskaya” stansiyası fəaliyyətini dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko özünün sosial media hesabında yazıb.
“Raket zərbəsi nəticəsində “Lukyanovskaya” metro stansiyasının binasına ziyan dəyib. Stansiya hazırda sığınacaq kimi fəaliyyətini davam etdirir”, - deyə Vitali Kliçko bildirib. Onun sözlərinə görə, qatarlar stansiyada dayanmadan keçir.
Hazırda Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Dnepr, Kiyev, Odessa, Xarkov, Lvov, Zaporojye şəhərlərində, həmçinin Xmelnitski vilayətində partlayışlar qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]