KLUBLARIMIZIN OYUNLARINDA İRƏLİLƏYİŞ HİSS OLUNUR
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev AFFA-nın saytına müsahibəsində demişdir.
Klublarımızın bütün qarşılaşmalarında oxşar hadisələrin təkrarlanması, son dəqiqələrdə qol buraxılması, futbolçuların qırmızı vərəqə alması və sair məsələlərə toxunan baş məşqçi bildirmişdir ki, bütün çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi işlər görülür və komandaların oyunlarında irəliləyiş hiss olunur.
Avqustun 22-də Azərbaycan və Tacikistan yığma komandaları arasında Düşənbədə keçiriləcək yoldaşlıq görüşünə toxunan Şahin Diniyev bildirmişdir ki, rəqib komanda Türkiyədə 10 günlük təlim-məşq toplanışında olmuşdur. Tacikistan yığmasının yeni baş məşqçisi üçün bu oyunun özünütəsdiq baxımından çox əhəmiyyətli olacağını söyləyən Ş.Diniyev görüşün gərgin keçəcəyini demişdir.
“Neftçi”nin oyunçusu Samir Əliyevin UEFA Kuboku çərçivəsində keçirilən oyunlardakı çıxışını yüksək qiymətləndirən baş məşqçi onun yenidən milliyə dəvət edildiyini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]