Koalisiyaya məxsus təyyarələr Suriya səmasında qaydaları 27 dəfə pozub
Bakı, 29 avqust, AZƏRTAC
Amerikayönlü antiterror koalisiyanın qırıcıları və pilotsuz uçuş aparatları son sutka ərzində Suriyanın hava məkanda 27 dəfə təhlükəli vəziyyət yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.
“Beynəlxalq hava yollarının keçdiyi Əl-Tənf bölgəsində dörd cüt “F-35” qırıcısı, iki cüt “F-16” qırıcısı, iki cüt “Tayfun” qırıcısı və bir çoxməqsədli koalisiya “MQ-1C” pilotsuz təyyarəsi tərəfindən gündə 18 qayda pozuntusu qeydə alınıb”, -deyə V.Kulit qeyd edib.
Bundan başqa, gün ərzində koalisiyaya məxsus pilotsuz uçuş aparatları tərəfindən 9 qayda pozuntusu da müşahidə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]