Kodeks Alimentarius Komissiyasının sədr müavini: Bazaya əsaslanan strategiyalar daha da güclənməlidir
Bakı, 4 iyun, AZƏRTAC
Kodeks bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Qlobal qida təhlükəsizliyi iqtisadi dayanıqlığa müsbət töhfə verir.
AZƏRTAC xəbər verir ki, bunu Kodeks Alimentarius Komissiyasının sədr müavini Betül Vazgeçer ADA Universitetində keçirilən "Ümumdünya Qida Təhlükəsizliyi Günü Konfransı - Elm fəaliyyətdədir" adlı konfransın açılış mərasiminin iştirakçılarına videomüraciətində bildirib.
O, qida təhlükəsizliyinin ortaq bir məsuliyyət olduğunu vurğulayıb. “Artan qida təhlükəsizliyi və iqlim dəyişikliyi fonunda bazaya əsaslanan strategiyalar daha da güclənməlidir. Ümid edirəm ki, bugünkü müzakirələrimiz güclü əməkdaşlığa töhfə verəcək", - deyə Betül Vazgeçer diqqətə çatdırıb.