Kolumbiya Senatı Ermənistanın təcavüzünü pisləyib
Bakı, 1 oktyabr, AZƏRTAC
Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası bu gün qəbul etdiyi bəyanatda sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülkü əhali arasında itkilərə səbəb olan hücumları və təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.
AZƏRTAC xəbər verir ki, sənəddə Kolumbiya Senatının adıçəkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.
Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağırılır.
Sonda dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həyatını itirmiş şəhidlərə görə başsağlığı verdiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [20:20]
Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib
- 27.10.2026 [18:26]
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub
- 27.10.2026 [23:03]
Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər
- 27.10.2026 [22:42]
FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib
- 27.10.2026 [22:24]
“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb
- 27.10.2026 [22:22]
“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb
- 27.10.2026 [22:04]
Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov
- 27.10.2026 [21:58]
Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb
- 27.10.2026 [21:42]
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb
- 27.10.2026 [21:29]
Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya
- 27.10.2026 [21:12]