KOMİSSİYANIN QANUNVERİCİLİK FƏALİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
Müzakirələrdən sonra komissiyanın fəaliyyəti qənaətbəxş hesab edilmişdir.
İclasda, həmçinin insan hüquqları daimi komissiyasının 2004-cü ilin yaz sessiyası üçün iş planı müzakirə olunaraq qəbul edilmişdir.
Komissiyanın iclasında “Minimum yaşayış səviyyəsi haqqında” qanunun layihəsi barədə məsələ də müzakirə edilmişdir. Komissiya üzvləri həmin qanun layihəsinə öz münasibətlərini bildirdikdən sonra bu sənədi Milli Məclisə təqdim etmək qərara almışdır.
İclasda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmək qərara alınmışdır.