İDMAN
Konfrans Liqası: Mahir Emreli İspaniya klubu ilə oyunlar üçün sifariş olunub
![Konfrans Liqası: Mahir Emreli İspaniya klubu ilə oyunlar üçün sifariş olunub](/files/2024/1/1200x630/17072964642504742280_1200x630.jpg)
Bakı, 7 fevral , AZƏRTAC
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Konfrans Liqasının pley-off mərhələsində İspaniyanın “Betis” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 32 futbolçunun adı yer alıb. Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var. 27 yaşlı forvard hazırda zədəli olsa da, adı iştirak ərizəsində A siyahısına salınıb.
Qeyd edək ki, “Dinamo” və “Betis” komandaları arasında ilk oyun fevralın 15-də İspaniyada, cavab matçı isə bir həftə sonra Xorvatiyada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [22:06]
Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb
- 02.07.2024 [22:02]
Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb
- 02.07.2024 [21:36]
Azərbaycan güləşçisi Avropa üçüncüsü olub
- 02.07.2024 [20:59]
Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]