Azərbaycan Dövlət İnformasiya Agentliyi

Konqresə seçkilər: gələcək siyasi çəkişmələrin başlanğıcı?

ABŞ parlamentinə noyabr ayında keçirilmiş aralıq seçkilərdə respublikaçıların qalib gəlməsi müəyyən sualların yaranmasına səbəb olub. Bir tərəfdən ölkənin iki böyük partiyası arasında mübarizə kəskinləşib, digər tərəfdən isə 2016-cı ildə keçiriləcək prezident seçkisində kimin qalib gələcəyi məsələsi ətrafında müzakirələr artır. Hələlik ekspertlər əsasən ABŞ-ın siyasi mühitindəki ziddiyyətləri qeyd edirlər. Burada maraqlı məqam analitiklərin Vaşinqtonda siyasilərin getdikcə daha çox miqyasda öz maraqlarına görə hərəkət etdiklərini vurğulamasından ibarətdir. Rəqiblər ölkənin qarşılaşdığı maliyyə-iqtisadi problemləri həll etmək əvəzinə bir-birini ittiham etməyə üstünlük verirlər. Bütün bunlar göstərir ki, ali qanunverici orqana budəfəki seçki bütövlükdə ölkənin siyasi səhnəsinə fərqli çalarlar gətirə bilər.

Respublikaçıların qələbəsi: yeni ziddiyyətlərə doğru

2014-cü ilin noyabrında ABŞ Konqresinə keçirilən seçkilərdə respublikaçıların qələbə qazanması təsadüf hesab edilmir. Əvvəlcədən məlum idi ki, demokratların mövqeyi elə də möhkəm deyil. İctimai rəyi öyrənən sorğular göstərirdi ki, onlara etibar azalır. Buna baxmayaraq, hər iki partiya yarışa ciddi hazırlaşmışdı. Nəticələr ABŞ-ın siyasi mühitində dəyişikliklərin baş verdiyini təsdiqlədi. Senatda artıq tam üstünlük respublikaçılardadır.

Bununla da ABŞ-da respublikaçılar qanunverici, demokratlar isə icra hakimiyyətinə nəzarəti ələ keçirmiş oldular. Ölkədə klassik idarəetmə formatı daxilində bu cür bölgünün hansı nəticələr verə biləcəyi aydın deyil. Digər tərəfdən, siyasi qüvvələr arasında ziddiyyətlərin daha da dərinləşməsi gözləniləndir. Bununla bağlı bir sıra fikirlər artıq səsləndirilib.

Maraqlıdır ki, demokratlar üçün respublikaçıların Senatda az sayda təmsil olunması da əlverişli deyildi. Çünki bu halda bütün uğursuzluqlar Barak Obama komandasının adına yazılırdı. Respublikaçılar həmin vəziyyətdən səmərəli istifadə edə bildilər. İndi onlar Konqresdə say üstünlüyünə malikdir. Lakin bu halda da demokratlar üçün çətinliklər yaranır.

Məsələ ondan ibarətdir ki, Kapitoli divarları arasında qərar qəbul edilərkən və yaxud Ağ Evdən təkliflər gəldikdə, onların qəbuluna nail olmaq üçün lazım olan səs çoxluğunu toplamaq məsələsi mürəkkəbləşir. Respublikaçılar istədikləri kimi hərəkət edə bilərlər. Onların buna kifayət qədər əsasları da vardır. Hər şeydən əvvəl, bu kontekstdə Barak Obamanın həyata keçirdiyi daxili və xarici siyasətdən elektoratın narazılığını vurğulamaq olar.

Seçkidən dərhal sonra keçirilən sosioloji sorğu göstərib ki, bu prosesdə iştirak edənlərin 31 faizi Obama komandasının əleyhinə səs verməyə gəlib, yalnız 16 faiz demokrat prezidentə dəstək ifadə edib (bax: Peyton M. Craighill, Scott Clement. The exit polls are coming! Here’s how to read them / "The Washington Post", 4 noyabr 2014). Göründüyü kimi, dövlət başçısının reytinqi aşağı düşür. Amerika vətəndaşları Barak Obamanın verdiyi vədlərə əməl etmədiyini deyirlər. Lakin bu, respublikaçıların nüfuzunun birmənalı olaraq yüksəlməsi anlamına da gəlmir. Bizcə, müasir ABŞ siyasi mühiti üçün bu, xüsusi məna kəsb edir.

Problem bundadır ki, rəyi soruşulanların 77 faizi 2014-cü il seçkisini son illərin “ən çirkli” və “neqativ” hadisələrindən hesab ediblər (bax: Little Enthusiasm, Familiar Divisions After the GOP’s Big Midterm Victory / Pew Research Center, 12 noyabr 2014). Səbəb kimi isə respublikaçıların təbliğatlarını hər hansı proqramları həyata keçirməkdən çox, siyasi rəqibin tənqidi üzərində qurduqları göstərilir. Amerika vətəndaşları bunu normal hal hesab etmirlər.

Şübhəsiz ki, onlar Barak Obamanın yeritdiyi siyasətdən razı deyillər. Ancaq respublikaçılar yaranmış vəziyyətdən çıxış yollarını göstərmək əvəzinə, yanlış siyasəti tənqid atəşinə tuturlar. Belə görünür ki, amerikalı siyasətçilərin mövqeyində mənfiyə doğru dönüş baş verib. Onlar faktiki olaraq iki qütbə bölünüblər. Cəmiyyətdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını düşünmək əvəzinə, başqalarının səhvlərinin göstərilməsinə üstünlük verilir. Bu vəziyyət bütövlükdə ölkənin siyasi mühitində qeyri-konstruktiv və davakar bir mövqenin formalaşmasına gətirib çıxara bilər.

Artıq seçicilərin bir qismi bunu hiss edir. Ola bilsin ki, elə bu səbəbdən də onlar xarici siyasətdə əhəmiyyətli hadisə kimi Ukrayna və Rusiya ilə münasibətləri qeyd etməyiblər. Rəyi soruşulanlar ən aktual məsələ kimi birinci sıraya iqtisadiyyatı qoyublar. Milli təhlükəsizlik isə sonuncu yeri tutub (bax: Rebecca Riffkin. Americans Say Government, Economy Most Important Problems / Gallup, 12 noyabr 2014).

Növbəti prezident: Obamanın nüfuzu düşür?

Bu, açıq şəkildə Barak Obamanın siyasi kursunun iflasının əlamətidir. Çünki onun komandası son illər başqa ölkələrin daxili işlərinə qarışır, onları əsassız tənqid edir və daim kənardan təhlükə olduğunu qabartmağa çalışır. Rusiya məsələsi də bu qəbildəndir. ABŞ-da bunları artıq duyurlarsa, bu, özlüyündə maraqlı haldır. Mümkündür ki, Obamanın prezidentliyi üçün ciddi çətinliklər yaransın.

Bunlara baxmayaraq, respublikaçılar da özlərini rahat hiss edə bilmirlər, çünki həm öz aralarında prezidentlik mübarizəsinə hazırlaşır, həm də demokratların təbliğatı hücumlarının qarşısını almağa məcburdurlar. Mütəxəssislər ən azı 4 respublikaçının 2016-cı il prezident seçkisində iştirak edə biləcəyini vurğulayırlar. Onlar L.Qrem, T.Kruz, R.Pol və M.Rubiodur (bax: Наталия Травкина. Капитолийский холм - главный театр военных действий Обамы / Российский совет по международным делам, 17 dekabr 2014).

Bir partiyadan prezidentliyə bu qədər iddiaçının olduğu halda partiyada qüvvələri necə birləşdirməli məsələsi müəmmalı işə çevrilir. Onların "yol xəritəsi"ndə 5 sahədə islahatları həyata keçirmək planı var. Lakin buna nail olmaq üçün güc bir yerə toplanmalı, rəqibin əks-hücumlarının qarşısı alınmalıdır. Ekspertlər respublikaçılar arasında mövcud olan fikir ayrılıqlarını nəzərə alaraq bunun çox çətin reallaşacağını düşünürlər. Barak Obama komandasının miqrantlarla bağlı atdığı addımlar bunu bir daha təsdiq edir.

Məsələ burasındadır ki, respublikaçılar ABŞ-da yaşayan 5 milyon qanunsuz mühacirin ölkədən çıxarılması ilə bağlı Senatın qəbul etdiyi sənədin tərəfdarıdırlar. Ağ Ev rəhbəri isə noyabr ayının 20-də xalqa müraciətində bu qanunun təcrid olunmasına başlandığını deyib. Analitiklər hesab edirlər ki, demokratlarla respublikaçılar arasında “miqrant müharibəsi” başlayıb. Hazırda həmin istiqamətdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Nümayəndələr Palatasının sədri C.Beynerin ABŞ dövlət başçısını “kral”, “imperator” kimi davranmaqda günahlandırması isə aranı daha da qarışdırıb. Buradan belə qənaətə gəlmək olar ki, respublikaçılar Barak Obamanı dövlət başçısı kimi qəbul etmirlər.

Bunların fonunda rəsmi Vaşinqtonun son zamanlar müəyyən kadr dəyişikliklərini həyata keçirməsi xüsusi maraq doğurur. Təhlilçilərin fikrinə görə, Barak Obama bunu etməyə məcburdur, çünki respublikaçıların getdikcə artan təzyiqlərini yeni kadrlar təyin etməklə azaltmaq olar. Müdafiə nazirinin vəzifəsindən azad edilməsi buna nümunə ola bilər. Ç.Heygel xarici siyasətdə sərt mövqenin əleyhinə idi. B.Obama isə Əfqanıstan və “İŞİD” məsələsində hərbi gücə üstünlük verən kurs yeritməyə başlayıb.

Yuxarıda qeyd edilən bütün məqamlar müasir Amerika siyasi səhnəsində ziddiyyətli və gələcəkdə siyasi kataklizmlərə səbəb ola bilən hadisələrin baş verdiyini göstərir. İndiki iqtidarın Amerika vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırıb xarici təhlükələrin aradan qaldırmasına istiqamətləndirməyə çalışmasının növbəti yanlışlıq olduğunu demək mümkündür. ABŞ bu cür addımlarla liderliyini möhkəmlətməyə deyil, dünyanın müxtəlif regionlarında münaqişələrin alovlanmasına rəvac verir. Görünür, rəsmi Vaşinqton hazırda Senatda yaranmış vəziyyətin yaxın perspektiv üçün mümkün nəticələrini tam dərk etməyib, yaxud da real çıxış yolunu tapa bilmir.

Başqa dövlətlərə qarşı müxtəlif ittihamlar irəli sürən ABŞ rəhbərliyinin özünün düşdüyü durum düşündürücüdür. Göründüyü kimi, Amerika rəsmi dairələrinin özü bir sıra anti-demokratik addımlar atırlar. Prezident Barak Obamanı “imperator” adlandıranlar məhz bunu nəzərdə tuturlar. 2016-cı il prezident seçkisində kimin qalib gəlməsindən asılı olmayaraq, demək olar ki, ABŞ-ın daxili siyasi mühitində ziddiyyətlər dərinləşir. Bu proses inkişaf etdiyi halda siyasi çəkişmələr meydana gələ bilər.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib