Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq edib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, Plenumun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair yekun qərar qəbul olunub.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]