Azərbaycan Dövlət İnformasiya Agentliyi

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib YENİLƏNİB

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib YENİLƏNİB

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolunun Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, seçki məcəlləsinin tələblərinə uyğunluğu və seçkilərin yekunlarının təsdiq olunmasına dair xüsusi konstitusiya icraatı qaydasında MSK-dan daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib.

İclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılmış və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib və həmin gün seçkilər keçirilib. Seçki məcəlləsinin 171.2 maddəsinə əsasən MSK səsvermə günündən ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını, bu məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə yoxlayır və 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiyanın 86-cı maddəsinə görə Milli Məclisə seçkilərin nəticələrinin düzgünlüyünü ümumi qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiqləyir. Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın, habelə dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə fevralın 25-də Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsinin digər məruzəçi hakimi Rəfael Qvaladze çıxış edərək işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi seçki məcəlləsinin 171.3-cü, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinə uyğun olaraq, MSK tərəfindən təqdim edilmiş sənədlərin seçki məcəlləsinə uyğunluğunun yoxlanılması üçün mütəxəssislər cəlb edib, Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki Apelyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Prokurorluğunun seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib. Müraciətlər əsasında məhkəmələrdə baxılan işlər seçkilərin ümumi nəticələrinə dair MSK-nın protokoluna heç bir təsir göstərməyib. Bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb.

Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə danışıb. MSK sədri deyib ki, 2019-cu il dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər elan olunub və 2020-ci il fevralın 9-na təyin edilib və həmin gün seçkilər keçirilib. Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan olan MSK dərhal fəaliyyətə başlayıb və təqvim planını təsdiq edib. Avropa Şurasının Bakı ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilməklə, müxtəlif seçki subyektlərinin, KİV təmsilçilərinin, aşağı seçki komissiyasının üzvlərinin maarifləndirilməsi istiqamətində müxtəlif səpkili tədbirlər keçirilib. Seçkilər elan edildikdən sonra deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başlayıb. Seçki hüququ olan bütün vətəndaşlar üçün lazımi şərait yaradılıb. Seçkilər tarixində ilk dəfə namizədlərin və Azərbaycan ictimaiyyətinin seçkilərdə iştirak etmək baxımından yüksək aktivliyi müşahidə olunub.

MSK sədri qeyd edib ki, seçki bülletenlərinə 1314 namizədin adı daxil edilib. Deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi şəffaf və açıq şəkildə həyata keçirilib və iştirak etmək arzusunda olan bütün namizədlərə təşviqat və təbliğat üçün lazımi şərait yaradılıb. Bülletenlər vaxtında hazırlanaraq məntəqə seçki komissiyalarına çatdırılıb. Milli Məclisə seçkilər 125 seçki dairəsi və 5573 seçki məntəqəsi üzrə keçirilib.

Vurğulanıb ki, Milli Məclisə keçirilən seçkiləri çoxsaylı müşahidəçilər və beynəlxalq KİV təmsilçiləri izləyiblər. Səsvermə günü seçkilərin nəticələrinə ciddi təsir edəcək hansısa xoşagəlməz hallarla bağlı MSK-ya məlumat daxil olmayıb. Respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində - bütün məntəqələrin təxminən 10 faizində səsvermə prosesini internet vasitəsilə canlı izləməyə imkan verən veb-kameralar quraşdırılıb. MSK-ya səsverməyə qədər və sonra daxil olan müraciətlər araşdırılıb və onlarla bağlı müvafiq qərarlar qəbul edilib. Daxil olan müraciətlərin şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə dörd seçki dairəsi üzrə seçkilərin nəticələri etibarsız sayılıb. Müxtəlif mənbələrdən - sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatlar araşdırılıb və ümumilikdə, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. MSK, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib.

Fevralın 25-də MSK-nın iclası keçirilib, yekun protokol tərtib edilib və təsdiqlənib. Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb. Səsvermə və seçki prosesləri seçki məcəlləsinin tələbinə uyğun keçirilib. Baş verən pozuntularla bağlı MSK tərəfindən müvafiq addımlar atılıb və bu, yekun sənədlərdə əksini tapıb.

Daha sonra Məzahir Pənahov sualları cavablandırıb, Plenumun iclasında iştirak edən ekspert və mütəxəssislərin rəyləri dinlənilib.

Ekspert qismində dəvət olunan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov, mütəxəssis qismində dəvət olunan Dövlət Statistika Komitəsinin Aparatının baş məsləhətçisi Ulduzə Həmidova çıxış edərək bildiriblər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş 121 dairə seçki komissiyasının protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam uyğun tərtib edilib. Bu, 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrini təsdiqləməyə əsas verir.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

İclasın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisə seçkilərin nəticələrinə dair yekun qərarı elan edib.

Qərara əsasən, 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri təsdiqlənib.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb  YENİLƏNƏCƏK  VİDEO

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK VİDEO

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər