KOREYALILARIN 5 MİN İL ƏVVƏL ƏLİFBASI OLMUŞDUR?
Məlumatda deylilir ki, indiki əlifba məhz millətin əfsanəvi əcdadı sayılan Tanqunun göstərişi ilə yaradılan əlifbadan qaynaqlanır. Bildirilir ki, qədim koreyalılar maral ovu zamanı onların dırnaqlarının qum üzərindəki izlərini əsas götürərək, əlifba yaratmışlar.
Qədim sinçji yazıları üç tarixi salnamədə də xatırlanır, bu yazıların mövcudluğu Yonçxon qəzasının Sinamni qəsəbəsində aparılmış arxeoloji qazıntılarla da təsdiqlənir.
KXDR son illər ölkənin qədim tarixinə, o cümlədən Tanqunun hakimiyyəti illərinin öyrənilməsinə xüsusi diqqət yetirir. Ötən əsrin 90-cı illərində Pxenyan yaxınlığında koreyalıların ilk əcdadının nəhəng sərdabası tikilmişdir. Bildirilir ki, onun sümüklərini Şimali Koreya arxeoloqları tapmışlar.
Lakin əgər koreyalıların, doğrudan da öz əlifbası olmuşdusa, onda fikirlərini kağıza köçürmək üçün Çin heroqliflərindən istifadə etmələrinin, müasir əlifba yaradılanadək, onların əsasında bir neçə fonetik yazı üsulu hazırlamalarının səbəbi hələlik naməlum qalır.