Koronavirusla mübarizə - Naftalan şagirdlərinin gözü ilə
Naftalan, 13 aprel, Rauf Hacıyev, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin şagirdləri arasında “Koronavirusla mübarizə - Naftalan şagirdlərinin gözü ilə” mövzusunda inşa yazı müsabiqəsinə start verilib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqənin məqsədi karantin rejimi müddətində evdə qalan məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi və şagirdlərin aparılan preventiv tədbirlər barədə fikirlərini öyrənməkdir.
Qeyd edilib ki, 13-18 aprel 2020-ci il tarixlərində keçiriləcək inşa müsabiqəsində şagirdlər adları, soyadları və oxuduqları məktəb qeyd olunmaqla yazdıqları inşaları Naftalan Şəhər İcra Hakimiyyətinin elekton poçt ünvanına ([email protected]) göndərməlidirlər.
Müsabiqənin sonunda mövzunun məzmununa və dolğunluğuna uyğun olaraq ilk 5 yeri tutmuş şagirdlər hədiyyə və fəxri fərmanlarla mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:33]
Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb
- 13.10.2026 [14:24]
Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb
- 13.10.2026 [14:08]
Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar
- 13.10.2026 [11:43]
Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb
- 13.10.2026 [11:06]
Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb
- 13.10.2026 [10:17]