KORSİKA MÜSƏLMANLARI FRANSA HÖKUMƏTİNDƏN KÖMƏK İSTƏYİRLƏR
AZƏRTAC Müstəqil İslam İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Korsika müsəlmanları Fransa hökumətindən məscidlərin və İslam mərkəzlərinin müdafiəsi üçün tədbirlər görülməsini xahiş etmişlər. Müraciətə səbəb ölkədə ərəblər və islam əleyhinə çıxışların artması olmuşdur. Korsikadakı məscidlərdən birinin imamının həyatına sui-qəsd cəhdi belə hadisələrdəndir.
Ərəblərə və müsəlmanlara kəskin münasibət və nifrəti Madriddə 200 adamın həyatına son qoymuş partlayışla və tanınmış Hollandiya kinorejissoru Teo Van Qoqun qətli kimi terror aktlarının sayının artması ilə əlaqələndirirlər. Öz ölkələrində korrupsiya, əhalinin sürətli artımı və həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Avropaya axışan ərəblərin və müsəlmanların sayının getdikcə çoxalması da bu səbəblər sırasındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]