KOSMOSA ƏSLƏN AZƏRBAYCANLI İLK KOSMONAVT-TURİST UÇMUŞDUR
Sentyabrın 20-də “Soyuz TMA-9” gəmisi Beynəlxalq Kosmik Stansiyası (BKS) ilə birləşəcək və ilk qadın kosmonavt-turist 11 gün kosmosda qaldıqdan sonra rusiyalı Pavel Vinoqradov və amerikalı Ceffri Uilyamsla birlikdə geri qayıdacaq. Mixail Tyurin və Maykl Lopes-Aleqria isə 187 gün kosmosda qalacaqlar.
39 yaşlı İran mənşəli ABŞ vətəndaşı, azərbaycanlı Anyuşe Ənsari Tehranda doğulmuş, 1979-cu il islam inqilabından sonra ailəsi ilə birlikdə ABŞ-a mühacirət etmişdir. Elektrotexnika sahəsində magistr dərəcəsi olan A.Ənsari biznes sahəsində böyük uğur qazanmışdır.
Milyonçu qızın kosmosa səfəri təxminən 20 milyon dollara başa gəlmişdir.