Kristina Mixaela Tatu: Əsas məqsədimiz ictimaiyyətə yalnız təsdiqlənən və etibarlı xəbərləri təqdim etməkdir
Laçın, 20 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC
Son dövrlərdə informasiya agentliklərinin rolu daha da artıb. Müasir dövrdə insanlar xəbərlərə müxtəlif platformalar və texnologiyalar vasitəsilə daha geniş şəkildə çıxış əldə edə bilirlər. Bu isə informasiya agentliklərinin məsuliyyətini daha da artırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın AGERPRES xəbər agentliyinin baş direktorunun müavini Kristina Mixaela Tatu Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.
O qeyd edib ki, AZƏRTAC müxtəlif ölkələrin xəbər agentlikləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurub. Rumıniyanın AGERPRES xəbər agentliyi də bunlardan biridir.
“Bizim əsas məqsədimiz ictimaiyyətə yalnız təsdiqlənən və etibarlı xəbərləri təqdim etməkdir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində mühüm məlumatların paylaşılmasına xüsusi önəm veririk”, - deyə Kristina Mixaela Tatu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]