İDMAN
Kross qaçışı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı, 16 oktyabr, AZƏRTAC
Qusarda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatda 100-dək idmançı birincilik uğrunda mübarizə aparıb.
Kişilərin yarışında 10 kilometr məsafəyə qaçış yarışlarında Elman Abışov birinci olub. Əmrah Nağıyev 6, Vahid Kərimov 3, Nahid İsrafilov isə 2 kilometr məsafəyə qaçış yarışlarında bütün rəqiblərini qabaqlayıblar.
Qadınlar arasında 6 kilometr məsafəyə yarışda Anna Yusupova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aynur Əsədzadə 4, Bibixanım Qəmbərova 2, Günel Manafova isə 1 kilometr məsafəyə mübarizədə birinci yeri tutublar.
Komanda hesabında Bakı atletləri birinci olublar. Qusar komandası çempionatı ikinci, Sumqayıt isə üçüncü pillədə başa vurublar.