KTMT-nin baş katibi: Ermənistan təşkilatda üzvlüyünü dayandırmaqla bağlı rəsmi müraciət göndərməyib
Moskva, 12 mart, AZƏRTAC
KTMT-nin Katibliyinə İrəvandan bu təşkilata üzvlüyünü dayandırmaqla bağlı hər hansı rəsmi müraciət daxil olmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib.
KTMT-nin baş katibi deyib: “Həqiqətən, son vaxtlar İrəvan KTMT Katibliyinin işində iştirak etmir. Bu, Ermənistanın hazırkı mərhələdə verdiyi qərardır və beynəlxalq təşkilat olaraq, suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq...qeyd edim ki, Katibliyə İrəvandan təşkilata üzvlüyünü dayandırmaqla bağlı hər hansı rəsmi müraciət daxil olmayıb”.
İ.Tasmaqambetovun sözlərinə görə, KTMT-də “Ermənistanın siyasi rəhbərliyinin siyasi ayıqlığına və təşkilata münasibətdə müxtəlif ssenarilərin reallaşdırılması perspektivlərinin ölçülüb-biçilmiş qiymətləndirilməsinə” ümid edirlər. O vurğulayıb ki, Ermənistan təşkilatın müttəfiqi olaraq qalır və mövcud olan bütün öhdəliklər qüvvədədir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]
Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq
- 14.10.2026 [10:41]
Almaniyada intiharların sayı artır
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [21:03]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:48]