Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artmışdır
Bakı, 15 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən oktyabrın 15-də çaylarda sululuqla bağlı araşdırma aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-135, Kiçik Qafqazın çaylarında 55-75, Lənkəran-Astara bölgəsi çaylarında 10-50, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 santimetr artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 165 kubmetr təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur.
Çayın aşağı axınında isə suyun səviyyəsində ciddi dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 309, Şirvanda 168, Salyanda 160, Bankədə 201, Araz çayının Novruzlu məntəqəsində isə 107 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]