Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artmışdır
Bakı, 3 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 3-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-210, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil etmişdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 santimetr artmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 153 kubmetrdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunmuşdur.
Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə-Surrada 308, Şirvanda 145, Salyanda 75, Bankədə 181, Araz çayının Novruzlu məntəqəsində isə 62 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]