Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 34 santimetr artım müşahidə olunmuşdur
Bakı, 7 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 7-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-220, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil etmişdir. Ötən gün ərzində Gürcüstan ərazisində yağan yağış nəticəsində Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsi bir qədər artmışdır. Bununla əlaqədar Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 34 santimetr artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi saniyədə 210 kubmetrdir.
Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 3 santimetr artım qeydə alınmışdır.
Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən artdığı müəyyən edilmişdir.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 310, Şirvanda 137, Salyanda 70, Bankədə 184, Araz çayının Novruzlu məntəqəsində isə 49 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]