“KÜR” OLİMPİYA İDMAN MƏRKƏZİ BU İLİN SON RÜBÜNDƏ İSTİFADƏYƏ VERİLƏCƏK
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2007-ci ilin avqustundan etibarən Mingəçevir şəhərindəki köhnə avarçəkmə bazasının yerində inşa olunan “Kür” Olimpiya İdman Mərkəzi bu ilin son rübündə istifadəyə veriləcək.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından (AMAF) bildirmişlər ki, mərkəzdə işlər sürətlə davam etdirilir. Gənclər və İdman Nazirliyinin vəsaiti hesabına “Serb-Az” şirkətinin briqadası tərəfindən aparılan tikinti birbaşa AMAF-ın nəzarəti altındadır.
Bu günlərdə Mingəçevirə yollanan AMAF-ın prezidenti Elçin Zeynalov “Kür” Olimpiya İdman Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Tikintiyə cəlb olunan azərbaycanlı və serbiyalı mütəxəssislər öz üzərlərinə düşən işləri həvəslə yerinə yetirirlər.
Ümumilikdə 6 hektar sahəni əhatə edən “Kür” Olimpiya İdman Mərkəzi təkcə avarçəkmə növlərinin inkişafı üçün nəzərdə tutulmamışdır. Burada həm də güləş, voleybol, basketbol zalları, 4 böyük tennis kortu, 25x50 metr ölçüdə olimpiya standartlarına uyğun üzgüçülük hovuzu üçün sektorlar ayrılıb. 8 mərtəbəli mehmanxana binasının inşası artıq bitmək üzrədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]
“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq
- 14.10.2026 [10:13]
UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib
- 14.10.2026 [09:55]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
- 14.10.2026 [01:15]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [21:03]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:48]