Kür və Araz transsərhəd çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
Bakı, 23 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarında oktyabr ayının ikinci ongünlüyü üçün monitorinq keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqin nəticələrinə əsasən, Kür çayında su sərfi oktyabr ayının birinci ongünlüyünə nisbətən saniyədə 31 kubmetr artmışdır. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilmişdir.
Eyni hal Ağstafaçay su anbarında, eləcə də Araz çayının Horadiz, Bəhrəmtəpə və Birinci Şahsevən məntəqələrində də müşahidə olunmuşdur.
Suyun oksigen rejimi isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:35]
Tədqiqat: Həşəratların yox olması artıq qidalanma defisitinə səbəb olur
- 18.06.2026 [15:37]
Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq
- 18.06.2026 [13:25]
Növbəti iki gün hava əsasən yağmursuz keçəcək – PROQNOZ
- 18.06.2026 [12:35]
Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək
- 17.06.2026 [15:52]
Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur
- 17.06.2026 [12:53]
Abşeron çimərliklərində hava necə olacaq?
- 17.06.2026 [12:31]
Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək
- 17.06.2026 [12:03]