Kürdəmirdə taxıl biçininə 70 kombayn cəlb olunub
Kürdəmir, 5 iyun, AZƏRTAC
Kürdəmirdə bir neçə gündür ki, taxıl biçininə başlanılıb və ilkin olaraq arpa biçilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilk günlərdən zəmilərə 70 taxılbiçən kombayn çıxarılıb. Bu mühüm kampaniyanın vaxtında başa çatdırılmasını təmin etmək, bunun üçün məhsul istehsalçılarına lazımi köməklik göstərmək məqsədilə rayonda bütün zəruri işlər görülüb. Biçinə ilk olaraq Qarasu, Şilyan və Pirili kəndlərində fəaliyyət göstərən fermer təsərrüfatlarında başlanılıb. Məhsulun yığılması, daşınması və saxlanması zamanı yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, rayonda bu ilin məhsulu üçün 38 min 878 hektar sahədə taxıl yetişdirilib. Əkin sahələrinin 12 min 118 hektarı buğda, 26 min 760 hektarı arpadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]