Kürdəmirdə ümumrayon iməciliyi keçirilmişdir
Kürdəmir, 11 mart (AZƏRTAC). Kürdəmirdə növbəti ümumrayon iməciliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, idarə, müəssisə və təşkilatların kollektivlərinin, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirak etdikləri tədbirdə küçə və parklara, yol kənarlarına 2000 ədədə yaxın ağac əkilmiş, ərazilərdə təmizlik və səliqə-sahman işləri görülmüşdür.
Əkində eldar şamının tinglərindən istifadə olunmuşdur. Əkin zamanı üzvi və mineral gübrələrdən istifadə edilmiş, küləkdən mühafizə məqsədi ilə tinglər dayaqlara bağlanmış, suvarılmışdır.
Ümumrayon iməciliklərinin may ayınadək davam etdirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]