Kürşat Atılgan: 9 fevral seçkiləri Azərbaycanın demokratik seçki ənənəsinin daha bir nümunəsi olacaq
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın demokratik seçki ənənəsinin daha bir nümunəsi olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri secki-2020.az saytına açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, keçmiş deputat Kürşat Atılgan deyib.
Türkiyəli siyasətçi Azərbaycanın müstəqillik illərində demokratik seçki təcrübəsinin formalaşdığını bildirərək deyib: “1991-ci ildən bəri Azərbaycanda çoxsaylı seçkilər keçirilib. Nəticədə beynəlxalq standartlara uyğun seçki təcrübəsi formalaşıb. İndiyə qədər keçirilən seçkilər beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın demokratik seçki ənənəsi beynəlxalq ictimaiyyətdə müsbət imicinin yaranmasına səbəb olub”.
Azərbaycanda aparılan islahatlardan bəhs edən Kürşat Atılgan qeyd edib ki, atılan bütün addımlar ölkənin daha da güclənməsinə, insanların həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət edir. “Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalətli və şəffaf şəkildə keçiriləcək. Qardaş Azərbaycan bundan sonra da inkişaf edəcək”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]