Küveyt Türkiyədən “Bayraktar” PUA-ları alacaq
Bakı, 14 iyun, AZƏRTAC
Küveyt “Bayraktar TB2” pilotsuz uçan zərbə aparatlarının tədarükünə dair Türkiyə ilə müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, Küveytin müdafiə nazirliyi sifariş olunan PUA-ların sayını göstərməsə də, müqavilənin dəyərinin 367 milyon dollar təşkil etdiyini bildirib.
Beləliklə, Küveyt “Bayraktar” PUA-ları almaq üçün müqavilə imzalayan 28-ci ölkə olub.
2019-cu ilin iyulunda “Bayraktar TB2” Küveytdə bir sıra sınaqlardan keçib. Aparat yüksək hərarət, külək və qum fırtınası kimi mürəkkəb iqlim şəraitində fasiləsiz olaraq 23 saat uçub. O, 650 kiloqram faydalı yük götürə və saatda 130 kilometrədək sürət yığa bilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]