Küveytdə hərbi baza raket və PUA hücumuna məruz qalıb, 10 hərbçi yaralanıb
Qahirə, 29 mart, AZƏRTAC
Küveyt Silahlı Qüvvələrinə məxsus hərbi bazalardan birinin raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınması nəticəsində 10 hərbçi yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunub ki, hücum zamanı bazaya maddi ziyan dəyib. Yaralanan hərbçilərə tibbi yardım göstərilib.
Küveyt Ordusunun məlumatına görə, son 24 saat ərzində Küveyt hava məkanında 14 ballistik raket və 12 PUA zərərsizləşdirilib.
Məlumatda, həmçinin vurğulanıb ki, mövcud vəziyyət fonunda ölkənin hava hücumundan müdafiə sistemləri gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
- 20.09.2026 [11:52]
Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
Xocavənd Şəhəri Günü qeyd olunur
- [14:45]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]
Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb
- 19.09.2026 [21:37]