KXDR nüvə qüvvələri yaratmaq planlarını açıqlayıb
Bakı, 19 iyun, AZƏRTAC
KXDR öz nüvə potensialını artırmaq üçün səylərini davam etdirmək, təhdid yaranacağı təqdirdə isə “nüvə silahına nüvə silahı ilə cavab vermək” niyyətindədir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin (MK) Siyasi Bürosunun təşəbbüsü ilə keçirilən səkkizinci genişləndirilmiş plenar iclasın yekunlarına dair məlumatda deyilir. Plenar iclas iyunun 16-18-də ölkənin lideri Kim Çen Inın iştirakı ilə keçirilib.
Vurğulanıb ki, dövlətin müdafiə sənayesi Mərkəzi Komitənin nüvə silahlarının inkişaf etdirilməsi və nüvə qüvvələrinin yaradılmasına dair müəyyənləşdirdiyi istiqaməti saxlamalıdır.
Plenumda 2023-cü ilin birinci yarısı üçün bütün sahələrdə, o cümlədən iqtisadi sahədə görülmüş işlərə yekun vurulub. İclas iştirakçıları dəyişmiş beynəlxalq şəraitdə partiya, diplomatiya və müdafiə sahəsində strategiyanın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]