Kyokşin karate üzrə Avropa çempionatında ölkəmizi yeddi idmançı təmsil edəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 11-də Polşanın Kielse şəhərində şəhərində karatenin kyokşin və şinkyokşin növləri üzrə kadetlər, 16 və 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçiriləcək.
Azərbaycan Kyokşin Karate Federasiyasından (AKKF) AZƏRTAC-a bildirilib ki, çempionatda milli federasiyanın vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında ölkəmizi qızların yarışında Solmaz Zeynallı (60 kq), oğlanların mübarizəsində isə Niyaməddin Əliyev (65 kq), Eltac Hümbətov, Kərəm Fərhadov (hər ikisi 75 kq), Kərim Eyyubov (80 kq), Rüfət Babayev, Turan Şirinov (hər ikisi 85 kq) təmsil edəcəklər.
Turnirə Azərbaycandan olan beynəlxalq dərəcəli hakimlər Mübariz Məlikov, Qabil Sayadov və Mehdi Əhmədov dəvət alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]