SİYASƏT
Laçın-Xankəndi yolu: Aksiyada bayram ab-havası yaşanır



















Şuşa, Ceyhun Alışlı, 25 dekabr, AZƏRTAC
Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil edilən aksiya on dördüncü günündə bayram ab-havası ilə davam edir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqlərdə ərazidə nəğmə dolu anlar yaşanır. Səsgücləndiricilər vasitəsilə bir-birindən maraqlı ritmik nəğmələr ərazidə xoş ovqat yaradıb. Aksiya fəalları yallı gedir və rəqs edərək ənənəvi şüarlarını səsləndirirlər.