SİYASƏT
Laçın-Xankəndi yolu: Rusiya sülhməramlılarına məxsus dörd avtomobil aksiya yerindən sərbəst keçib









Şuşa, 25 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.
AZƏRTAC-ın hadisə yerinə ezam olunmuş müxbiri xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha dörd avtomobilin bu gün səhər saatlarında aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on dörd gündür davam edir.