Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb
Bakı, 31 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Laçın rayonunun Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dağlıq ərazidə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [20:52]
Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər
- 03.11.2026 [16:21]
MDU-nun rektoru Türkiyədə təcrübə keçmiş tələbələrlə görüşüb
- 03.11.2026 [15:46]