Lamin Yamal La Liqada mövsümün ilk yarısının ən yaxşısı seçilib
Bakı, 6 yanvar, AZƏRTAC
İspaniyanın "Barselona" komandasının futbolçusu Lamin Yamal La Liqada mövsümün ilk yarısının ən yaxşı oyunçusu seçilib.
AZƏRTAC "WhoScored" portalına istinadən xəbər verir ki, 17 yaşlı vinger analitiklərin qiymətləndirməsinə əsasən 8,29 xalla ilk sırada qərarlaşıb.
O, bu göstərici ilə "Real Madrid"in ulduzu Kilian Mbappeni (8,04 xal) geridə qoyub. Onlar La Liqada 8 və ya daha yuxarı reytinq alan yeganə futbolçulardır.
İlk “üçlüy”ü Mbappenin komanda yoldaşı Cud Bellinqem tamamlayıb (7,44). İlk “beşlik”də, həmçinin "Barselona"nın braziliyalı üzvü Rafinya (7,36) və "Real Madrid"in digər ulduzu Vinisius Junior (7,30) da yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]