Latviyada koronavirusa yoluxanların sayı artıb
Riqa, 13 aprel, AZƏRTAC
Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 21 nəfər artaraq 630-dən 651-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 28 min 214 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 418 nəfərdən 21-nin analizinin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 5 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]