LAYİHƏNİN ƏSAS ŞƏRTİ YERİNƏ YETİRİLMİŞDİR
Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin mütəxəssisləri Qəbələ rayonunun Bum, Həmzəli, Aydınqışlaq, Vəndam və Mıxlıqovaq kəndlərində olmuş, “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi” Proqramı çərçivəsində “Kənd qadınları üçün heyvandarlığın inkişaf etdirilməsi” qrant layihəsində nəzərdə tutulduğu kimi, ailə başçısı olmayan və ya əlil olan çoxuşaqlı 30 qadının hərəsinə bir boğaz düyə və yarım il üçün tələb olunan yemin bir hissəsini vermişlər.
Layihənin şərtlərinə görə qabaqcadan müvafiq komissiya tərəfindən müəyyən edilmiş ailə başçısı hesab olunan həmin qadınlar boğaz düyədən bala almalı və 3 il müddətində bir boğaz düyə bəsləyib qaytarmalıdırlar. Həmin düyə yenə də başçısı qadın olan aztəminatlı və çoxuşaqlı ailələrə veriləcəkdir.