Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Lazarev klubu”: “qara piar” kampaniyasında yeni həlqə

“Lazarev klubu”: “qara piar” kampaniyasında yeni həlqə

İrəvanda ermənipərəst mərkəzlərlə şübhəli sövdələşməsi olan bəzi "siyasətçilər"in iştirak etdiyi bir tədbir keçirilib. Onu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini, MDB ölkələri institutunun direktoru, antiazərbaycan bəyanatları ilə məşhur olan Konstantin Zatulin təşkil edib. Tədbir "Lazarev klubu"nun ilk yığıncağı olub. Bu işə bir sıra erməni və rusiyalı "ekspertlər" də cəlb ediliblər. Onlar əsas olaraq Ermənistana olan təhlükələrə qarşı birgə fəaliyyəti müzakirə ediblər. Təhlükə kimi Azərbaycan və Türkiyə göstərilib. Bunun qarşısını ala biləcək qüvvə isə, əlbəttə, Ermənistan-Rusiya birliyidir. Ancaq bu məsələ o qədər köhnədir ki, heç ermənilərin özləri belə ona inanmırlar. Nikol Paşinyan isə tədbirdə iştirak etməyib. Lakin Robert Koçaryan iştirak edib. Bu faktdan istifadə edərək ekspertlər hesab edirlər ki, "Lazarev klubu" heç bir elmi və analitik əhəmiyyəti olmayan, siyasi çirkab içində olan süni qurumdur. Və onun işində MDB-ni "təmsil edən" tədqiqat institutunun rəhbərliyi iştirak edirsə, bu, MDB-də islahatların aparılması zərurətini ortaya qoyur. Bütövlükdə “Lazarev klubu”nun yaradılmasının mümkün geosiyasi təsirləri üzərində dayanmağa ehtiyac görürük.

Ucuz tarix: Lazarevlərdən qalmış mirasın səmərəsizliyi

Ermənilərin ucuz təbliğat həvəskarı olduğu məlumdur. Onlar zaman-zaman müxtəlif ideoloji qurumlar yaradıb, yalanları özlərinə sərf edən reallıq kimi təqdim etməklə məşğuldurlar. Bu işdə ermənilərə havadarları da yardım göstərirlər. Bu dəfə rusiyalı Konstantin Zatulin ifrat aktivlik nümayiş etdirib. O, vətəndaşı olduğu Rusiyanın dövlət maraqlarını belə təhlükəyə ataraq, ermənipərəst xislətini yeni səviyyədə ortaya qoydu.

Söhbət bu il noyabrın 30-u dekabrın 1-də İrəvanda keçirilən "Lazarev klubu"nun ilk toplantısından gedir. İlk baxışdan obyektiv görünən bu ad, əslində, bir zamanlar Rusiya imperiyasının maraqlarına xidmət edən erməni əsilli rusiyalı sülalə ilə bağlıdır. Lazarevlər bütövlükdə imperiyanın missionerləri olub, o cümlədən Cənubi Azərbaycanda Rusiyanın maraqlarına xidmət göstəriblər. Onların fəaliyyətlərində təhsillə bağlı (daha çox xristianlığın öyrədilməsi sahəsində) layihələrin reallaşdırılması da yer alıb. Bu sırada Moskvada ermənilər üçün xüsusi məktəbin yaradılması seçilir.

Yəni Lazarevlər, əslində, ermənilərin konkret olaraq Rusiya imperiyasının maraqlarına uyğun təhsil alması istiqamətində xeyli iş görüblər. Budur, K.Zatulin 100 il sonra bu missiyanı fərqli şəkildə davam etdirmək kimi bir xülyaya düşüb. Ancaq ona indi Ermənistanın ikinci prezidenti Robert Koçaryan da yardım edib. Rəsmi İrəvan isə özünü kənarda dayanan kimi göstərir. Belə ki, Nikol Paşinyan K.Zatulinin tədbirdə iştirak etmək təklifini qəbul etməyib. R.Koçaryan isə iştirak edib və çıxış da edib.

"Lazarev klubu" adlanan əhəmiyyətsiz yığıncaqda erməni və rusiyalı "siyasətçi" və "ekspertlər" iştirak ediblər. Onların sırasında K.Zatulindən başqa, Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov və MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev də olub.

Maraqlıdır ki, Ermənistan KİV-ləri tam olaraq bu təşəbbüsü dəstəkləməyib. Bir sıra mətbu nəşrlərdə növbəti dəfə dişsiz və təsirsiz təşkilatın yaradıldığı haqqında yazaraq onu "Qriboyedov klubu"nun davamı kimi qiymətləndiriblər. Bundan başqa, R.Koçaryan da daxil olmaqla bu quruma yığışanları "büdcə oğruları" da adlandırıb, hətta ekspert Gevorq Mirzəyanı "müstəqilliyə hörmət edən adamın yanında otura bilməyəcəyi tip" kimi səciyyələndiriblər.

Bəs onda "Lazarev klubu" nə üçün yaradılıb? Burada ilk olaraq maraq kəsb edən ermənilər arasında fikir ayrılığının mövcudluğudur. Adətən onlar bu qəbildən olan addımları "hurrey"lə qarşılayırdılar. İndi isə faktiki olaraq N.Paşinyan tərəfdarları onu boykot ediblər. Səbəb isə R.Koçaryanın orada aktiv iştirakıdır. Təsadüfi deyil ki, keçmiş prezidenti dekabrın 7-də həbs ediblər. Deməli, Ermənistanda hesab edirlər ki, "Lazarev klubu" həqiqəti (onların anlamında erməni şovinizmini) deyil, Rusiyaya sərf edən formada İrəvan-Moskva əməkdaşlığını təbliğ edəcək.

Buna görədir ki, K.Zatulinin təntənə ilə "Ermənistan-Rusiya münasibətlərinin yenidən formatlaşdırılması zərurəti" haqqında dediyi fikirlər rəğbətlə qarşılanmayıb. K.Zatulin "yeni formatlanma" dedikdə nəyi nəzərdə tutur? Bu sual yığıncaqda məruzəçilərin, o cümlədən V.Yevseyevin dediyi fikirlərdə aydın ifadə olunub. Əsas tezisləri belədir: "Müdafiə və təhlükəsizlik naminə Ermənistan-Rusiya vəhdəti təmin edilməlidir". Başlıca təhlükə mənbəyi isə Azərbaycan və Türkiyədir.

Göründüyü kimi, mahnı köhnədir. Ancaq K.Zatulin Ermənistanla Rusiyanın əməkdaşlığı üçün başqa arqument tapa bilmir. Bu isə o deməkdir ki, K.Zatulini Rusiyanın maraqları düşündürmür - o, Ermənistanın təhlükəsizliyini müdafiə edir. Bu, Rusiyanın maraqlarını tapdalamaq naminə olsa belə, baş verməlidir.

Real siyasətdən uzaq: "təzə klub"un köhnə "libası"

Belə bir yanaşma hələ keçən əsrin 90-cı illərində Kremlə rəhbərlik edənlərin qafasında vardı. İndi isə vəziyyət dəyişib və Vladimir Putin praqmatik siyasət yeridir. Həmin siyasət isə Cənubi Qafqazda Azərbaycanın geosiyasi əhəmiyyətini tam qəbul edib, onunla əməkdaşlıq etməyi tələb edir. Moskva bu mövqeyini getdikcə möhkəmləndirir. Artıq ermənilər özləri etiraf edirlər ki, KTMT-yə faktiki olaraq Azərbaycanın təsiri vardır.

"Lazarev klubu"nun yaradılmasında digər məqam Rusiyada bir sıra dairələrin Nikol Paşinyanın apardığı siyasətə etibar etməməsi ilə əlaqəli ola bilər. Onlar hesab edirlər ki, N.Paşinyan sözdə Rusiya ilə strateji tərəfdaşlıqdan bəhs edir, əməldə isə başqa addımlar atır. Hətta K.Zatulin İrəvanda açıq deyib ki, sözlə əməl bir olmalıdır. Verilən sözlərə necə əməl edildiyi izlənir. Əgər bir uyğunluq varsa, problem yoxdur. Bu sözlərin o biri mənası xəbərdarlıqdır. Yəni Ermənistan Rusiyadan uzaq düşməməlidir. Əks təqdirdə, "Lazarev klubu" da "zəlzələ" altında qala bilər.

Bu klubun yaradılması həm də Ermənistanın xarici siyasətinin aciz duruma düşməsini ifadə edir. Faktiki olaraq tam fiaskoya uğramış bu siyasətin nəticəsidir ki, kənardan "sizi xilas edək" kimi siqnallar verilir. Ermənistan güclü olsa idi, belə qondarma qurumlara ehtiyac qalmazdı. Bir tərəfdən, etiraf edilir ki, Ermənistan rəhbərliyi inandırıcı fəaliyyət göstərməyib gah Qərbə, gah da Şərqə baxır. Digər tərəfdən isə aydın olur ki, Kreml bu prosesi diqqətlə izləyir və xəbərdarlıq edir. "Lazarev klubu" məhz bu mənada xəbərdarlıqdır.

Bəs bu kimi addımların Ermənistan üçün geosiyasi nəticələri nələr ola bilər? Əslində, burada söhbət "Lazarev klubu"ndan çox Ermənistan hakimiyyətinin siyasi taleyindən gedir. Amerika ilə Rusiyanın təzyiqləri arasında sıxılan Ermənistan çıxış yolu tapa bilmir. Onun tərəddüdləri, çox güman ki, davam edəcək. Parlament seçkisinin vəziyyəti ciddi surətdə dəyişəcəyinə inanmaq çətindir. Çünki məsələ parlamentdə deyil, onun hansı mexanizmlə yenilənməsindədir. N.Paşinyan təzyiqlərlə özünə parlament düzəldirsə, bunun obyektiv işləyəcəyinə inam yoxdur. Əksinə, ölkədə yeni səviyyədə siyasi qarşıdurmalar özünü göstərə bilər. Bunun ilk siqnalı kimi R.Koçaryanın ofisinin yaydığı son məlumatları qəbul etmək olar.

Həmin məlumatlarda açıq göstərilir ki, N.Paşinyan siyasi rəqiblərini antidemokratik üsulla aradan götürməklə Ermənistan daxilində siyasi parçalanmaları radikal müstəviyə keçirir. R.Koçaryan açıq bəyan edib ki, həyatının yeni mübarizə mərhələsi başlayır. O, həbs edilməsini bu mübarizənin bir fraqmenti kimi qəbul edir. N.Paşinyan tərəfdarları isə "Koçaryan həbs edildi, ümid edirik ki, həmişəlik" kimi fikirlər yazır.

Bunlar onu göstərir ki, Ermənistanda parlament seçkisi problemi həll etmədi, əksinə, siyasi müstəvidə meydana yeni problemlər atdı, parçalanmalar yaratdı. Bu vəziyyətə "Lazarev klubu" kimi təşkilatlar necə təsir göstərə bilər? Bu klubu aktiv müdafiə edən R.Koçaryan həbsdədir, Rusiyadan olan ekspertlərin isə real siyasətə təsiri yoxdur. Deməli, bu klubun fəaliyyəti boş fırlanan çarxın işinə bənzəyəcək və tez bir zamanda tarixin arxivinə atılacaq. Bununla yanaşı, "Lazarev klubu" Ermənistan siyasi səhnəsinin parçalanması prosesini daha da dərinləşdirə bilər. O cümlədən R.Koçaryanın bu prosesə təsirini istisna etmək olmaz.

Nəhayət, məsələyə Qərbin "Lazarev klubu"na münasibəti baxımından yanaşsaq, bu işin perspektivsizliyini daha aydın görərik. Amerika və Avropa Ermənistanda Rusiyanın geosiyasi maraqlarına xidmət edən güclü təşkilatın mövcudluğunda maraqlı deyil. Ermənistandakı çoxlu sayda qərbpərəst təşkilatlar bu kluba zaman-zaman ideoloji hücumlar edəcək.

Bütün bunlardan belə nəticə çıxır ki, ermənilər və onlara havadarlıq edən bir sıra dairələr növbəti dəfə uğursuz addım atıblar. Bəzi ekspertlərin təqdim etməyə çalışdığı kimi, "Lazarev klubu" heç bir real iş görə bilmək imkanına malik deyil. Bu işin başında isə MDB ölkələri institutuna rəhbərlik edən bir adamın durması digər suallar meydana çıxarır. Məsələn, açıqca erməniləri müdafiə edən K.Zatulin hansı əsasla bütün MBD-ni "təmsil edən" bir instituta rəhbərlik edə bilər? MDB ölkələri institutunun əsas filiallarından birinin məhz İrəvanda yerləşməsi və tam şəkildə ermənilər tərəfindən maliyyələşdirilməsi nə üçündür və kimlərin maraqlarına xidmət edir? Belə çıxır ki, Dövlət Dumasında MDB ölkələri ilə əməkdaşlığa məsul olan şəxs birtərəfli mövqe tutur. Bu, siyasi təşkilat kimi MDB-nin ümumi prinsiplərinə nə dərəcədə uyğundur? Bizcə, Dövlət Dumasında K.Zatulinin hərəkətlərinə qiymət verilməlidir. Bu kontekstdə "Lazarev klubu"nun yaradılması da maraqlıdır. Çünki bu klubun yaradılması hansı təşkilatları yaratmağın lazım gəlmədiyinin bariz nümunəsidir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO