Lellu - Portuqaliyanın ən qədim kitab mağazalarından biri VİDEO
Portu, 17 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
“Harri Potter” Coan Roulinqin bu məşhur silsiləsini oxumayan varmı?
Əsrin dörddəbirindən çoxdur ki, bu kitabları həm uşaqlar, həm də böyüklər maraqla oxuyur.
Bəs bilirdinizmi ki, Portuqaliyanın ən qədim kitab mağazalarından biri olan Portudakı Lellu bəzi versiyalara görə sehrli “Floriş və Blotts” mağazasının prototipi sayılır və məhz burada sehr dünyasının formalaşdığı iddia olunur?