LƏNKƏRANDA DAHA 3 BİNA QƏZA VƏZİYYƏTİNDƏDİR
Respublika Dövlət Tikinti və Arxitektura Komitəsinin mütəxəssisləri Lənkəran şəhərindəki beşmərtəbəli 57 yaşayış binasına baxış keçirərkən üç binada -Həzi Aslanov küçəsində yerləşən bir nömrəli binanın 2-ci və 6-cı, B.Abbasov küçəsindəki 78/12 nömrəli binanın isə 1-ci və 4-cü bloklarında, eləcə də 78/7 nömrəli binanın 1-ci blokunun zirzəmisində və mənzillərində ciddi çatların olduğunu müəyyən etmişlər.
Həmin binaların qəza vəziyyətində olması barədə Dövlət Komissiyasına rəsmi məlumat verilmişdir.
Sakinlər yaranmış vəziyyətlə əlaqədar Dövlət Komissiyasının qərarını səbirsizliklə gözləyirlər.