LƏNKƏRANDA HEYDƏR ƏLİYEV İDARƏÇİLİK UNİVERSİTETİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ OLMUŞDUR
Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, böyk öndərin xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Zeynal Nağdəliyev çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən ölkəmizin ilk Konstitusiyasının Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratdığını bildirmiş, bu demokratik prinsiplərin noyabrın 6-da Milli Məclicə keçirilən seçkilərdə özünü qabarıq göstərdiyini, xalqımızın ulu öndərin siyasi kursuna sonsuz inam, rəğbət və sədaqət bəslədiyini diqqətə çatdırmışdır.
Məşğələdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri Sadıx Səlimov mövzu ilə bağlı çıxış etmişdir.
Toplantıda çıxış edənlər ölkəmizin Əsas Qanununun qəbul edilməsindən ötən 10 il müddətində həyatımızın bütün sahələrində qazanılan nailiyyətlərdən danışmış, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda demokratiyanın və regionların sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl surətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmiş, ölkə başçımıza həmişə dəstək olacaqlarını bildirmişlər.