LƏNKƏRANDA QAZ SAYĞACLARININQURAŞDIRILMASI 2006-CI İLDƏ BAŞA ÇATACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran şəhərində mənzillərdə qaz sayğaclarının quraşdırılması 2006-cı ildə başa çatdırılacaq.
Azəriqaz Səhmdar Cəmiyyəti bu il üçün 2 min 150 ədəd qaz sayğacı ayırmışdır. Rayona gətirilmiş 1000 ədəd qaz sayğacından 650-si dövlət hesabına quraşdırılmışdır.