LƏNKƏRANDA ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran şəhər uşaq yaradıcılıq mərkəzində ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycan - dünyam mənim” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.
Rayon məktəblilərinin iştirak etdiyi tədbirdə ulu öndər Heydər Əliyevin gələcək nəsillərə örnək olan mənalı və şərəfli ömür yolundan danışılmış, dahi şəxsiyyətə həsr edilmiş şeirlər və mahnılar ifa olunmuşdur.