Lənkəranda “Yaşıl Azərbaycan Naminə” layihəsi çərçivəsində ekoloji təlimlər keçirilmişdir
Lənkəran, 17 oktyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başladılmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA Kampaniyası tərəfindən ölkə miqyaslı ekoloji maarifləndirmə tədbirləri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Biləsuvar və Masallı rayonlarının təhsil ocaqlarında şagirdlərlə görüşən layihənin təlimçiləri növbəti tədbiri Lənkəranda keçirmişlər.
Şagirdlərdə ekoloji yaşıl düşüncənin formalaşdırılması istiqamətində aparılan təlim çərçivəsində ətraf mühitin mühafizəsi ilə bağlı hər bir fərdin bilməli və əməl etməli olduğu vacib öhdəliklər barədə məlumat verilmişdir.
Ətraf mühit problemləri və bu problemlərin həllində gənclərin rolu, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və digər məsələləri əhatə edən təlim müddətində şagirdlərlə birlikdə müxtəlif ekoloji oyunlar keçirilmişdir
Ümumilikdə 20 rayon və şəhəri əhatə edən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA Kampaniyası layihəsi çərçivəsində artıq 17 rayonun 34 məktəbində seminarlar təşkil olunmuşdur.
Təlimçilər layihə müddətində 6 mindən artıq şagirdlə təmasda olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]