LERİK RAYONUNUN AZƏRBAYCAN KƏNDİNDƏYENİ POÇT BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Açılış mərasimində çıxış edən icra hakimiyyətinin başçısı Füzuli Hacıyev, rabitə işçiləri, kəndin ağsaqqalları və ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevin Lerikə gəlişindən sonra rayonda quruculuq işlərinin geniş vüsət aldığını bildirmiş, ucqar dağ rayonunun iqtisadiyyatının inkişafına və burada yaşayan insanların rifah halının yaxşılaşmasına göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirmişlər.