Liberiyada dəhşətli faciə: məktəbin yanması nəticəsində 30 uşaq həyatını itirib
Bakı, 18 sentyabr, AZƏRTAC
Afrikanın qərbində yerləşən Liberiyada dəhşətli faciə baş verib. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu ölkənin Paynesvill şəhərində taxtadan tikilmiş məktəb binasının yanması nəticəsində 30 məktəbli ölüb.
Liberiyanın Prezidenti Corc Veh faciə ilə bağlı müraciətində ölən uşaqların ailələrinə başsağlığı verib.
Yerli polis yanğının səbəbləri ilə bağlı təhqiqat aparır. Bildirilir ki, bu məktəb internat tipli təhsil ocağı olub və yanğın gecə saatlarında baş verdiyindən yatan uşaqları xilas etmək mümkün olmayıb. Məktəbdə azyaşlılara müqəddəs Quran öyrədilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]