“Lider kimdir?” mövzusunda onlayn seminar təşkil edilib
Bakı, 27 mart, AZƏRTAC
“Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Lider kimdir?” mövzusunda onlayn seminar keçirildi.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, “Uğur” komandasının qurucusu və lideri Tural Aslanlı görüşdə könüllülərlə "Liderlik nədir?", "Yenilikçi lider kimdir?", "Lider xüsusiyyətləri hansılardır?", "Liderlər üçün özəl metodlar nələrdir?" sualları ətrafında müzakirə aparıb.
Təlimçi sonda iştirakçıları maraqlandıran sualları cavablandırıb.