Lionel Messi öz adını daşıyan futbol turniri təsis edib
Bakı, 15 oktyabr, AZƏRTAC
Argentina milli komandasının və "İnter Mayami"nin kapitanı Lionel Messi yeniyetmələr arasında futbol turniri təsis edib.
AZƏRTAC xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Ulduz futbolçunun adını daşıyan "Messi Kuboku" dekabrın 9-dan 14-dək Mayamidə keçiriləcək. Argentinanın “River Pleyt” və “Nyuells Old Boyz”, “İnter Mayami”, İspaniyanın “Barselona” və “Atletiko”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, eləcə də İtaliyanın “İnter” klublarının U-16 komandaları artıq turnirdə öz iştiraklarını təsdiqləyib.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, əvvəllər "Barselona" və PSJ-nin də formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]